4 futbolçumuz U-16 milli komandasında

10 sentyabr 2021, 14:10

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 11-dən 17-dək Qəbələ şəhərində təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesinə “Neftçi” PFK-nın 4 üzvü – Ceyhun Bağırov, Səbuhi İmaməliyev, Rəhman Tahirli və Maqsud Adil çağırılıb.

Qeyd edək ki, toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcəklər.