“Neftçi-2” sınaq matçında qələbə qazandı

3 sentyabr 2021, 21:00

Yeni mövsümə hazırlığını davam etdirən “Neftçi-2” yoxlama oyunu keçirib. “Neftçi TV” vasitəsilə canlı yayımlanan görüşdə I Divizionun son çempionu olan komandamız “Sumqayıt-2”yə 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçın 30-cu dəqiqəsində Əli Sadıxov vurub.

Qeyd edək ki, “Neftçi-2” bu mövsüm ilk rəsmi oyununu sentyabrın 14-də keçirəcək. I Divizionun “Sabah-2” ilə ilk tur görüşü saat 17:00-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə təşkil olunacaq.