Allah rəhmət eləsin!

3 sentyabr 2021, 10:30

Azərbaycan idmanına ağır itki üz verib. “Neftçi”nin ilk prezidenti, 1988-1997-ci illərdə kluba rəhbərlik etmiş Aydın İbrahimov 82 yaşında koronavirusdan müalicə aldığı klinikada dünyasını dəyişib.

Aydın İbrahimov həm də peşəkar güləşçi, SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi olub. O, güləş üzrə dünya və çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı idi.

“Neftçi” PFK Aydın İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına və Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!