“Neftçi” Zirədə qələbə qazandı

22 avqust 2021, 21:10

“Neftçi” bu mövsüm Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazanıb. Komandamız 2-ci turda Zirə səfərindən 3 xalla dönüb – 1:2.  Zirə İdman Kompleksinin stadionunda baş tutan matçda “ağ-qaralar”dan Fəhmin Muradbəyli (72-ci dəqiqə) və Emin Mahmudov (90+3-cü dəqiqə), rəqibdən isə Davit Volkov (90+4-cü dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi” 2 oyundan 4 xal toplayıb.