“Zirə” – “Neftçi” oyunu saat 18:30-da başlanacaq

20 avqust 2021, 12:00

Azərbaycan Premyer Liqasında 2-ci turun oyun cədvəli açıqlanıb. “Zirə” – “Neftçi” matçı avqustun 22-də keçiriləcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş saat 18:30-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” ilk turda “Qəbələ” ilə heç-heçə (2:2) edib.