“Makkabi” ilə ilk oyunda qollu heç-heçə

19 avqust 2021, 23:55

“Neftçi” Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Komandamız “Bakcell Arena”da İsrailin “Makkabi” (Hayfa) klubu ilə heç-heçə edib – 3:3. “Ağ-qaralar”dan Yusuf Laval (50 və 66-cı dəqiqələr) və Emin Mahmudov (72-ci dəqiqə), rəqibdən isə Omer Atzili (9-cu dəqiqə) və Tyaronn Çeri (78 və 90+6-cı dəqiqələr) fərqləniblər. İsmayıl Zülfüqarlı 77-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün komandamız mübarizəni bir nəfər azlıqda davam etdirib.

“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K) (4.Huqo Basto, 90+7), 11.Harramiz Suares (10.Sezar Meza Kolli, 75), 14.Romen Bask, 20.Mert Çelik, 21.İsmayıl Zülfüqarlı, 24.Yusuf Laval, 29.Sabir Buqrin (19.Fəhmin Muradbəyli, 81), 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 22.Mirabdulla Abbasov, 26.Ömər Buludov, 27.Fərid Yusifli, 37.Vüsal Əsgərov, 70.Asim Əlizadə, 72.Emin Zamanov, 97.Xəyal Nəcəfov.

Baş məşqçi: Samir Abasov

“Makkabi”: 44.Caşua Koen, 4.Ali Mohamed (8.Dolev Haziza, 65), 5.Boqdan Planiç, 7.Omer Atzili, 10.Tyaronn Çeri, 12.San Menaxem, 14.Xose Rodriges, 16.Mohammad Abu Fani (18.Yuval Aşkenazi, 88), 21.Din David (9.Ben Sahar, 74), 24.Ori Dahan, 25.Yozef Raz Meir (2.Ryan Streyn, 74).

Ehtiyat oyunçular: 52.İtamar İsraeli, 77.Roy Foks, 3.Şon Qoldberq, 6.Neta Lavi, 15.Ofri Arad, 26.Mahmud Cabir, 33.Maor Levi, 55.Rami Gerşon.

Baş məşqçi: Barak Bakhar

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 26-si Bakı vaxtı ilə saat 21:00-da “Sammy Ofer” stadionunda keçiriləcək.