“Neftçi-2” yeni mövsümə hazırlığı davam etdirir

18 avqust 2021, 12:50

“Neftçi-2” yeni mövsümə hazırlığını davam etdirir. Əvəzedicilərimiz bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıblar.

Qeyd edək ki, avqustun 2-dən etibarən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən I Divizionun son çempionu hazırlığın ikinci mərhələsini avqustun 20-dən 30-dək Türkiyədə keçəcək. Afyonkarahisar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında komandamızın 3 sınaq matçı keçirməsi planlaşdırılır. “Ağ-qaralar”ın avqustun 22-də “İsparta”, 25-də “Halspor”, 29-da isə “Berqama Belediyespor” klubları ilə qarşılaşması nəzərdə tutulub. Hər üç klub Türkiyə çempionatının aşağı liqa təmsilçisidir.