“Neftçi” – “Qəbələ” matçını Elçin Məsiyev idarə edəcək

14 avqust 2021, 19:00

Premyer Liqada 1-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Qəbələ” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Cəmil Quliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi isə Seymur Səlimli olacaq.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu avqustun 15-i saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.