HİK-lə ilk oyunumuz şotlandlara tapşırıldı
UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – HİK matçının təyinatları açıqlanıb. Oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Uilyam Kollum olacaq. Ona David Makqiçi və Şon Karr kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yuan Anderson yerinə yetirəcək.
UEFA nümayəndəsi Aleksandr Keplin (Qazaxıstan), hakim-inspektor isə Levan Paniaşvili (Gürcüstan) olacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 12-si “Bolt Arena”da baş tutacaq və Bakı vaxtı ilə saat 20:00 start götürəcək.