“Neftçi” “Olimpiakos”la ilk oyununu keçirib

22 iyul 2021, 01:15

“Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib. Komandamız Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşıb. “Georgios Karaiskakis” stadionunda baş tutan görüş “ağ-qaralar”ın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. Yeganə qolu 29-cu dəqiqədə Mohamed Kamara vurub.

“Olimpiakos”: 88.Konstantinos Tsolakis, 3.Ruben Semedo, 4.Mohamed Kamara, 5.Andreas Buçalakis (K) (28.Matye Valbuena, 18), 9.Ahmed Hassan (22.Aquibu Kamara, 79), 14.Tanasis Andrutsos, 18.Pyer Kunde Malonq (90.Vasilis Surlis, 69), 19.Giorqos Masuras, 25.Svetozar Markoviç (17.Marios Vrusay, 79), 45.Oleq Reabsyuk, 97.Lazar Randyeloviç (66.Pape Abu Sisse, 46).

Ehtiyat oyunçular: 1.Tomaş Vaçlik, 31.Öqmundur Kristinsson, 44.İlyas Karargiris, 12.Alqassime Ba, 20.Nikola Çumiç, 27.Kenni Lala.

Baş məşqçi: Pedro Martins

“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov (22.Mirabdulla Abbasov, 45), 8.Emin Mahmudov (K) (14.Romen Bask, 90), 10.Sezar Meza Kolli (97.Xəyal Nəcəfov, 86), 11.Harramiz Suares, 20.Mert Çelik, 24.Yusuf Laval, 29.Sabir Buqrin (26.Ömər Buludov, 86), 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 94.Əlirza Müştəbəzadə, 4.Huqo Basto, 19.Fəhmin Muradbəyli, 21.İsmayıl Zülfüqarlı, 37.Vüsal Əsgərov, 70.Asim Əlizadə, 72.Emin Zamanov.

Baş məşqçi: Samir Abasov

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 28-i “Bakcell Arena”da baş tutacaq və saat 21:00 start götürəcək.