“Olimpiakos”la ilk matçın hazırlığı yekunlaşdı

21 iyul 2021, 02:42

“Neftçi” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Olimpiakos”la oyunöncəsi son məşqə çıxıb. “Georgios Karaiskakis” stadionunda keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub və “Neftçi TV” vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, iyulun 21-i “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.