Cavab oyununu ispaniyalı hakim idarə edəcək

16 iyul 2021, 11:50

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 28-i saat 21:00-da keçiriləcək “Neftçi” – “Olimpiakos” matçının təyinatları açıqlanıb. Oyuna İspaniyadan olan hakimlər təyinat alıblar. Baş hakim Rikardo De Burqos olacaq. Ona Roberto Del Palomar və Yon Nunyes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adrian Kordero yerinə yetirəcək.

UEFA nümayəndəsi Natalya Varabyova (Belarus), hakim-inspektor isə Tomaş Mikulski (Polşa) olacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 21-i Georgios Karaiskakis stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.