Toplanışın 3-cü günündə bir məşq
“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir. Komandamız təlim-məşq toplanışının 3-cü günündə bir məşqlə kifayətlənib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsi iyunun 14-dək Bakıda, ikinci mərhələsi isə ayın 16-dan 30-dək Sloveniyada təşkil olunacaq.