Müşahidə Şurasının iclası keçirilib
Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib. Klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, A komandanın baş məşqçisi Samir Abasov, B komandanın baş məşqçisi Mahmud Qurbanov, Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev ötən mövsümlə bağlı hesabat veriblər. Kamran Quliyev infrastruktur, akademiya və klubdakı işlər, Elnur Eyvazov maliyyə məsələləri, Samir Abasov və Mahmud Qurbanov öz komandaları, Rüstəm Allahverdiyev isə media və marketinq haqda ümumi məlumat verib.
Daha sonra Müşahidə Şurasının üzvləri ilə yeni mövsüm üçün hədəf və məqsədlər haqqında müzakirələr aparılıb, fikirlər dinlənilib.
Sonda Müşahidə Şurasının üzvləri çempionluq münasibətilə bütün heyəti təbrik edib və komandanın qarşısına yeni mövsümlə bağlı hədəflər qoyub.
Tövsiyə olunur
-
Qadınlardan ibarət komandamız üçün seminar keçirilib
Klub 15 noyabr 2024, 12:46 -
Zəfər Günümüz mübarək!
Klub 8 noyabr 2024, 00:00 -
“Esports Events Azerbaijan” və “Neftçi” PFK əməkdaşlığını elan edirik!
Klub 30 oktyabr 2024, 16:08 -
“D’S damat” “Neftçi” PFK-nın rəsmi moda sponsoru oldu!
Klub 23 oktyabr 2024, 16:25