U-19 komandamız “Gənclər Kuboku”nda mübarizəni dayandırdı

19 may 2021, 17:30

“Neftçi” “Gənclər Kuboku”nun 1/4 mərhələsində cavab oyununu keçirib. U-19 komandamız Gəncə şəhər stadionunda “Kəpəz”ə 0:3 (əsas vaxtda 0:1) hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb. İki futbolçumuz isə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “ağ-qaralar” Gəncə təmsilçisi ilə ilk matçda 1:0 hesabı ilə qalib gəlmişdi.