“Neftçi” “Gənclər Kuboku”nda qələbə qazandı

16 may 2021, 18:57

“Neftçi”nin U-19 komandası “Gənclər Kuboku”nda ilk oyununu keçirib. “Ağ-qaralar” 1/4 final mərhələsində “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşün 39-cu dəqiqəsində Elşən Sabbaği imza atıb. Digər futbolçumuz Xaqan Məmmədov isə 33-cü dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı mayın 19-u saat 14:00-da Gəncə şəhər stadionunda keçiriləcək. Bu cütün qalibinin 1/2 finaldakı rəqibi “Sabah” – “Səbail” cütünün qalibi olacaq.