“Neftçi” “U-17 Kuboku”nda “Sabah”la qarşılaşıb

15 may 2021, 16:30

“Neftçi” “U-17 Kuboku”nun 1/4 mərhələsində ilk oyununu keçirib. Komandamız “Sabah”a 1:2 hesabı ilə məğlub olub. Binə qəsəbə stadionunda baş tutan görüşdə “ağ-qaralar”ın qolunu Əfqan Nuriyev vurub.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı mayın 18-də “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək. Birinci mərhələdə isə “Neftçi” “Səbail”dən üstün olub – 2:1, 2:2.