Samir Abasov: “Bu gün qalib gəlmək çox önəmli idi”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 27-ci turunun “Sumqayıt” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb:
“Bu gün qalib gəlmək çox önəmli idi. Yadınızdadırsa, “Sumqayıt”la keçən oyundan sonra demişdim ki, bu gün rəqib kim olsaydı, uduzacaqdıq. Həmin gün özümüz özümüzə uduzduq. Bunu sübut etmək üçün bu gün qalib gəldik. Bizi narahat edən bəzi məqamlar var. Məsələn, daha çox qol vurub, rahat oynaya bilərdik. Təəssüf ki, belə olmadı, amma xoş haldır ki, qələbə qazandıq. Sonuncu matça hazırlaşacağıq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Hondanı ümumiyyətlə meydana buraxmaq fikrimiz yox idi. “Səbail”lə süni örtüklü meydanda keçirilmiş matçdan sonra ayağından şikayət etdi deyə, özümüz onu qoruduq. Bacardığımız qədər hücumda effektli, müdafiədə diqqətli olmağa, mərkəzdə nəzarəti ələ almağa çalışdıq. Məncə, hücumdan başqa digərlərini yerinə yetirdik. Xoşdur ki, çoxlu qol epizodu yarada bilirik, vurmamağımız isə bəlkə də tələskənlikdən irəli gəlir. Bununla belə, həyəcanlanmırıq və düşünürəm ki, “Qarabağ”la oyunda bu qədər qol epizodumuz olmayacaq. Bir-iki qol epizodu yaradıb və onlardan istifadə etsək, meydandan üzüağ çıxarıq. Həmin oyun çox önəmli olacaq”.
Tövsiyə olunur
-
“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
A Komanda 21 dekabr 2024, 18:41 -
“Neftçi”dən qollu səfər heç-heçəsi
A Komanda 21 dekabr 2024, 18:13 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 20 dekabr 2024, 18:00 -
“Neftçi” üçün seminar
A Komanda 17 dekabr 2024, 16:00