2 futbolçumuz qızlardan ibarət U-17 milli komandasında

30 aprel 2021, 17:15

“Neftçi” PFK-nın 2 futbolçusu 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Aydan Həsənova və Aysu Murtuzayeva mayın 1-dən 9-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.