“Keşlə” – “Neftçi” matçı saat 18:00-da başlanacaq

26 aprel 2021, 15:46

Premyer Liqanın 25-ci turu çərçivəsində keçiriləcək “Keşlə” – “Neftçi” oyununun başlanma saatı açıqlanıb. Mayın 3-ü “ASK Arena”da baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” 24 oyundan 47 xalla 2-ci yeri tutur.