Samir Abasov: “Komandamızın oyunundan yox, ümumi abu-havadan narazıyam”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 24-cü turunun “Sabah” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb:
“Çox utancverici, biabırçı oyun idi. 90 dəqiqənin 30 dəqiqəsini yerdə uzanmaq futbolumuza yaraşmır. Rəqib komandanın qapıçısını referilər illərdir tanıyır, amma bir çarə qılmırlar. Hamı diqqətli olmalıdır. Hakim təyin edəndə diqqət olunmalıdır ki, həmin adam təzyiqdən çıxa bilər, ya yox. Biz bu gün rəqibi yerdə uzanmağa məcbur edirik. Hakimlərə irad tuturuq ki, filan futbolçunu ayağa qaldır, o birini tələsdir. Bəli, bizə hava-su kimi xal lazımdır, qələbə qazanmaq üçün oynayırıq, amma yerdə uzanmaqla tempi salırlar. Epizodları çəkib qoymalıyıq ki, bizə qarşı fikir dəyişsin? Bilirəm ki, bir komandaya qarşı mübarizə aparmırıq. İstəyirik ki, “fair play” baxımından necə oynayırıqsa, bizə qarşı da elə oynanılsın. Mən komandamızın oyunundan yox, ümumi abu-havadan narazıyam. Həyəcanlı dönəmdəyik. Bu gün çempionatın nəbzini qoruyub saxlayan “Neftçi”dir”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Səhv yox idi. Oyuna başlayan kimi qapımızda penalti gördük ki, bu da gərginlik yaratdı. Futbolçularıma iradım yox idi, amma təəssüf ki, oyunun gedişində onları sakitləşdirə bilmədik. Sizdən soruşum, necə qol vurmalıyıq ki, sayılsın? Qolumuz niyə hesaba alınmayıb? Çempionluğun son turda müəyyənləşməsi üçün əlimizdən gələni edəcəyik. Hamı rəqib qapıçıya əsəbləşmişdi. Honda hava ötürməsi edir, top çölə çıxır, amma qapıçı yerə uzanır”.
Tövsiyə olunur
-
“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
A Komanda 21 dekabr 2024, 18:41 -
“Neftçi”dən qollu səfər heç-heçəsi
A Komanda 21 dekabr 2024, 18:13 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 20 dekabr 2024, 18:00 -
“Neftçi” üçün seminar
A Komanda 17 dekabr 2024, 16:00