“Neftçi-2”dən növbəti qələbə

17 aprel 2021, 17:35

“Neftçi-2” I Divizionda növbəti qələbəsini qazanıb. Əvəzedicilərimiz 22-ci turda “Sumqayıt-2”yə böyük hesabla qalib gəlib – 4:0. “Kapital Bank Arena”nın ehtiyat meydançasında baş tutan görüşdə qollara Vüsal Əsgərov (45+1-ci dəqiqə - pen.), Fərid Yusfli (54-cü dəqiqə), Nazim Bağırov (58-ci dəqiqə) və Ramin Nəsirli (85-ci dəqiqə) imza atıblar.

Qeyd edək ki, “Neftçi-2” 21 oyundan 49 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.