“Neftçi-2” 4 qolla 1-ci pillədə!

12 aprel 2021, 18:35

“Neftçi-2” I Divizionda növbəti qələbəsini qazanıb. Əvəzedicilərimiz 21-ci turda “Keşlə-2”yə 4:0 hesabı ilə qalib gəlib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan oyunda qolları Famil Camalov (7-ci dəqiqə - pen.), Emin Zamanov (20-ci dəqiqə), Vüsal Əsgərov (53-cü dəqiqə) və İsmayıl Zülfüqarlı (74-cü dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi-2” bu qələbədən sonra 46 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.