“Neftçi-2” “Qarabağ-2”yə qalib gəldi

8 aprel 2021, 19:30

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 20-ci turda “Qarabağ-2”yə qalib gəlib –1:0. "ASCO Arena"da baş tutan görüşdə qələbə qolunu 74-cü dəqiqədə Nihad Qurbanlı vurub.

Qeyd edək ki, liderdən bir oyun az keçirib eyni sayda xal toplayan “Neftçi-2” bu qələbədən sonra 2-ci pilləyə yüksəlib.