“Neftçi-2”dən 7 cavabsız qol

2 aprel 2021, 18:25

“Neftçi-2” I Divizionda növbəti qələbəsini qazanıb. Əvəzedicilərimiz 19-cu turda MOİK-in qapısından 7 cavabsız top keçirib. Qolları Vüsal Əsgərov (33-cü dəqiqə), Asim Əlizadə (36 və 69-cu dəqiqələr), Emin Zamanov (47-ci dəqiqə), Famil Camalov (57-ci dəqiqə), Valeh Qəhrəmanlı (85-ci dəqiqə) və Əli Mürsəlov (90+5-ci dəqiqə) vurublar.

Qeyd edək ki, liderlərdən bir oyun az keçirib eyni sayda xal toplayan “Neftçi-2” 3-cü yeri tutur.