“Neftçi-2”dən əzmkar və böyükhesablı qələbə

28 mart 2021, 18:30

“Neftçi-2” I Divizionda növbəti qələbəsini qazanıb. Əvəzedicilərimiz 14-cü turdan təxirə salınmış oyunda “Sumqayıt-2”ni 6:2 hesabı ilə məğlub edib.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda hesabı “ağ-qaralar” açsa da, qonaqlar fasiləyədək iki dəfə fərqlənib. Bununla belə, hücumlarını davam etdirən baş məşqçi Mahmud Qurbanovun komandası ikinci hissədə 5 qol vuraraq əzmkar və böyükhesablı qələbə qazanıb.

Qeyd edək ki, liderlərdən bir oyun az keçirib eyni sayda xal toplayan “Neftçi-2” 3-cü yeri tutur.