Media nümayəndələrinin nəzərinə

15 mart 2021, 12:00

Bu gün saat 17:00-da “Bakcell Arena”nın mətbuat konfransı zalında “Neftçi” PFK ilə yeni transferimiz Keysuke Honda arasında rəsmi müqavilənin imzalanma mərasimi keçiriləcək. İmzalanma mərasimindən sonra “Zoom” proqramı vasitəsilə yaponiyalı futbolçunun mətbuat konfransı olacaq. Konfransa qatılmaq istəyən KİV nümayəndələrinin qeydiyyatı başlanıb. Tədbirə qatılmaq istəyən media nümayəndələrindən tələb olunanlar:

1. Ad, soyad

2. Təmsil etdiyi KİV

3. Vəzifə

4. 2020/2021 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası

Qeyd olunan məlumatlar saat 16:00-dək [email protected] e-mail ünvanına göndərilməlidir.