Samir Abasov: “Fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanmaq bizim üçün çox önəmli idi”

14 mart 2021, 20:30

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 20-ci turunun “Səbail” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Hər iki komanda meydana itkilərlə çıxmışdı. Xüsusilə Eminin yoxluğu bəzi məqamlarda hiss olundu. Bununla belə, şükürlər olsun ki, qalib gəldik. Uzunmüddətli fasiləmiz olacaq. Həmin fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanmaq bizim üçün çox önəmli idi”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Fəhmin Muradbəyli zədəlidir, məşqdə bəladan qurtardı, ayağı sına bilərdi. Ahmed Ahmedovun isə əzələsində dartınma var. İnanırıq ki, fasilədə hər ikisi sıraya qayıdacaq. Keysuke Hondaya gəlincə, fiziki hazırlıq üzrə məşqçisi ilə fərdi olaraq çalışır, əgər rəqib tapa bilsək, fasilədə keçirmək istədiyimiz yoxlama oyununda nə qədər hazır olduğu məlum olacaq. Milli komandalara gedən futbolçuların yoxluğu məşqlərə təsir edəcək, amma əsas odur ki, sağ-salamat qayıtsınlar”.