Samir Abasov: “Bu cür səhvlər etmək yolverilməzdir”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 17-ci turunun “Zirə” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb: “Oyunda ən üzüldüyüm an qol buraxdığımız andır. Rəqibdən iki cür təhlükə gözləyirdik: standart vəziyyət və buraxdığımız qol. İnanın, buraxdığımız qol epizodu kimi vəziyyəti futbolçulara 10 dəfə göstərmişdim. Hətta oyuna çıxarkən də 2-3 futbolçuya bu haqda tapşırılmışdı. Onları uduzduğumuza görə günahlandırmıram, amma bu cür səhvlər etmək yolverilməzdir. “Zirə”nin çətin rəqib olduğunu bilirik. Bu komandaya qalib gəlməmişik, üzücü məğlubiyyətimiz olub. Bu rəqibin müdafiə xəttini yarmağa çox çətinlik çəkirik. Hər şey yaxşı idi, bir neçə təhlükəli vəziyyət yaradıb, rəqibin qapısına oturmuşduq, amma təəssüf ki, ani diqqətsizlik oldu ki, məğlubiyyətdən çox buna üzülürəm”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Tapşırmışdıq ki, oyuna sakit başlayaq, istədiyimiz epizodları yaradacağıq. Bundan əlavə, sonradan meydana buraxdığımız futbolçular tam hazır olmadığından, əziyyət çəkirik. Hər oyun 5-10 qol epizodu yaratmaq olmur, bütün rəqiblərimiz yaxşı müdafiə olunur. Yeni futbolçu ilə bağlı seçimimiz müəyyən çərçivə daxilindədir. İmkanlarımız daxilində olanlar arasında ən yaxşısı Ahmeddir. Bu gün özünü pis tərəfdən göstərmədi”.
Tövsiyə olunur
-
Samir Abasov: “Bütün təbriklər futbolçuların payına düşür”
A Komanda 19 oktyabr 2024, 21:14 -
İkinci dövrəyə qələbə ilə başladıq!
A Komanda 19 oktyabr 2024, 19:58 -
“Səbail”lə matçın hazırlığına sabah yekun vuracağıq
A Komanda 17 oktyabr 2024, 20:00 -
Samir Abasov “Neftçi”nin yeni baş məşqçisidir
A Komanda 14 oktyabr 2024, 15:27