“Neftçi-2” “Qarabağ-2”ni məğlub etdi

11 fevral 2021, 19:15

“Neftçi-2” qış fasiləsindən sonra I Divizionda ilk oyununu keçirib. Əvəzedicilərimiz 12-ci turda “Qarabağ-2”yə 1:0 hesabı ilə qalib gəlib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda qələbə qolunu Nazim Məmmədzadə (45+3-cü dəqiqə) vurub.

Qeyd edək ki, “Neftçi-2” 12 oyundan 24 xalla 2-ci yeri tutur.