“Neftçi Esports”dan möhtəşəm start

27 yanvar 2021, 23:30

AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə E-Milli Liqanın ikinci mövsümü start götürüb. “Neftçi Esports” turnirə qələbə ilə başlayıb. Komandamız ilk turda “Şamaxı”nı 6:1 (4:0, 2:1) hesabı ilə məğlub edib.

Qeyd edək ki, iki dövrədən ibarət dairəvi sistemlə keçirilən turnirdə 15 komanda mübarizə aparır.