“Neftçi-2” sınaq matçında qalib gəldi

27 yanvar 2021, 16:00

“Neftçi-2” təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda əvəzedicilərimiz “Sabah-2”yə 3:1 hesabı ilə qalib gəlib. Hesabı 9-cu dəqiqədə rəqib futbolçu Kamran Quliyev açıb. Komandamızın üzvü Nazim Bağırov 25-ci dəqiqədə bərabərlik qolunu vurub. Fasilədən sonra isə Nihad Qurbanlı (68-ci dəqiqə) və U-17 komandamızdan cəlb olunmuş Elcan Əbilov (90+1-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, yanvarın 11-dən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışında olan “Neftçi-2” ayın 15-də “Keşlə-2”, 22-də isə “Sumqayıt-2” ilə qarşılaşıb və hər iki matç 1:1 hesabı ilə nəticələnib. Əvəzedicilərin daha bir yoxlama oyunu keçirməsi planlaşdırılır.