“Neftçi Esports” E-Milli Liqada mübarizəyə başlayır

26 yanvar 2021, 16:00

AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə E-Milli Liqanın ikinci mövsümü start götürür. 15 komandanın dairəvi sistemlə iki dövrədən ibarət yarışacağı turnirdə “Neftçi Esports” ilk oyununu yanvarın 27-də keçirəcək. “Şamaxı” ilə görüş saat 20:00-da başlanacaq.

Qeyd edək ki, “Neftçi Esports” kubok sistemi ilə keçirilmiş ilk mövsümdə 3-cü yeri tutaraq bürünc medal qazanıb.