Vaqif Paşayevlə müqaviləyə xitam verildi

14 yanvar 2021, 13:00

“Neftçi” Futbol Akademiyasının U-19 komandasının məşqçisi Vaqif Paşayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Təcrübəli mütəxəssisə xidmətlərinə görə təşəkkür edirik.

Qeyd edək ki, Vaqif Paşayev keçən ilin yayından “Neftçi” Futbol Akademiyasında çalışırdı.