Toplanışın 9-cu günü

12 yanvar 2021, 18:15

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Dünəndən “Hyatt regency” otelində məskunlaşan komandamız bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə iki məşqə çıxıb. Səhər məşqində əsasən fiziki, axşam məşqində isə toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, yanvarın 10-da toplanış çərçivəsində “Kəpəz”lə qarşılaşan “Neftçi” ikinci sınaq matçını “Keşlə”yə qarşı keçirəcək. Ayın 14-ü saat 17:00-da “Bakcell Arena”da baş tutacaq oyun “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.