Toplanışın 4-cü günü
“Neftçi” təlim-məşq toplanışını gündə bir məşq olmaqla davam etdirir. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesinə Mamadu Kane və Yusuf Lavaldan başqa bütün legionerlər qoşulublar. Bu futbolçular isə qarşıdakı günlərdə düşərgədə olacaqlar.
Xatırladaq ki, komandamız toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək. “Neftçi” yanvarın 10-u “Kəpəz”, 14-ü isə “Keşlə” ilə qarşılaşacaq. Gəncə təmsilçisi ilə matç saat 15:00-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq. “Keşlə” ilə oyunun saatı və məkanı haqda məlumat veriləcək.