“Neftçi-2” böyükhesablı qələbə qazandı

19 dekabr 2020, 17:00

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 11-ci turda MOİK-ə böyük hesabla qalib gəlib – 3:0. “ASCO Arena”da baş tutan matçda qolları Əli Mürsəlov (28-ci dəqiqə - penalti), İbrahim Qədirzadə (29-cu dəqiqə) və Nihad Qurbanlı (90+1-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi-2” 11 oyundan 21 xalla 2-ci pilləyə yüksəlib.