Gənclər Liqasında növbəti qələbə

12 fevral 2020, 17:00

"Neftçi” qış fasiləsindən sonra Gənclər Liqasında ardıcıl ikinci qələbəsini qazanıb. Komandamız 16-cı turda "Keşlə”ni 3:0 hesabı ilə məğlub edib. "ASK Arena”da baş tutmuş görüşdə qollardan ikisini Valeh Qəhrəmanlı, birini isə Nihad Cəfərov vurublar.

Qeyd edək ki, "Neftçi” 14 oyundan 22 xalla 4-cü yeri tutur.