Anton Krivotsyuk: “Zaman keçdikcə buna nail olacağıq”
“Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk “Qəbələ” ilə oyundan sonra açıqlama verib. Rəqib qapısından iki top keçirən gənc futbolçu təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb:
“Əslində, oyun haqda təəssüratlarım birmənalı deyil. Çünki böyük hesabla qalib gəlsək də, səhvlərimiz çox oldu. Xüsusilə mən kobud səhvlər etdim. Bununla belə, dubla imza atdım. Dayanmaq istəmirdim, üçüncü qolu da vurmağa çalışırdım”.
Krivotsyukun yeni baş məşqçi Samir Abasovla bağlı suala cavabı belə olub: “Bu məşqçini çoxdan tanıyıram. Əvvəllər onunla işləmişəm. Ümid edirəm, öz futbol fəlsəfəsini bizim oyuna gətirəcək. Onunla işləmək çox yaxşı və rahatdır. Hələ ən yaxşı oyunumuzu göstərmirik. Zaman keçdikcə buna nail olacağıq”.
Tövsiyə olunur
-
Roman Qriqorçuk: “Göstərdiyimiz oyuna görə üzr istəyirəm”
A Komanda 15 sentyabr 2024, 21:01 -
Zirədə məğlub olduq
A Komanda 15 sentyabr 2024, 20:00 -
“Zirə” ilə matçın hazırlığına sabah yekun vuracağıq
A Komanda 13 sentyabr 2024, 14:00 -
“Zirə” ilə oyuna hazırlıq davam edir
A Komanda 7 sentyabr 2024, 20:30