“Neftçi-2” Sumqayıtda böyükhesablı qələbə qazandı

20 noyabr 2020, 17:00

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 6-cı turda “Sumqayıt-2”yə böyük hesabla qalib gəlib – 4:0. “Kapital Bank Arena”nın ehtiyat meydançasında baş tutan matçda komandamızın qollarını Asim Əlizadə (10-cu dəqiqə - pen.), Vüsal Əsgərov (55-ci və 66-cı dəqiqələr) və Famil Camalov (75-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi-2” 6 oyundan 11 xalla 4-cü yeri tutur.