“Neftçi-2” böyükhesablı qələbə qazandı

5 noyabr 2020, 18:15

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 5-ci turda “Keşlə-2”yə böyük hesabla qalib gəlib – 4:1. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda komandamızın qollarını Elton Əlibəyli (55-ci dəqiqə), Sərcan Omarov (66-cı dəqiqə, avtoqol), Asim Əlizadə (83-cü dəqiqə) və Famil Camalov (90+2-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Mehdi Tahirov (61-ci dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 5 oyundan 8 xalla 4-cü yeri tutur.