Füzuli Məmmədov: “Əsas qələbə xəbərlərini qarşıda eşidəcəyimizə inanırıq”
“Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 6-cı turunun “Sabah” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Bütün diqqətin cəbhədə olduğunu bildirən mütəxəssis futbolçuları oyuna kökləmək üçün əllərindən gələni etdiklərini deyib:
“İndiki vəziyyətdə oyun haqqında danışmaq çətindir. Bütün Azərbaycanın diqqəti cəbhədədir. Ürəyimiz onlarla döyünür. Bütün məşqçilər üçün futbolçuları matça kökləmək çətin olur, amma bunun üçün əlimizdən gələni edirik. Oyun qurtarıb, yenə diqqətimiz cəbhədədir. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuza qüvvət versin. Bu gün qələbə qazandıq, amma əsas qələbə xəbərlərini qarşıda eşidəcəyimizə inanırıq. Oyuna gəlincə, çətin olacağını bilirdik. Rəqibi analiz etmişdik, “Sabah”ın heyətində yaxşı futbolçular var. Futbolçularımız tapşırıqların öhdəsindən maksimum gəlməyə çalışdılar, meydanda döyüşdülər. Onlari təbrik edirəm”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Mertin üstünlüyü oyun praktikasının daha çox olmasındadır. Rener perspektivli futbolçudur, amma onun çempionat və komandanın səviyyəsinə uyğunlaşması üçün vaxt lazımdır. Onu gələcək üçün planlaşdırmışıq”.
Tövsiyə olunur
-
“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
A Komanda 21 dekabr 2024, 18:41 -
“Neftçi”dən qollu səfər heç-heçəsi
A Komanda 21 dekabr 2024, 18:13 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 20 dekabr 2024, 18:00 -
“Neftçi” üçün seminar
A Komanda 17 dekabr 2024, 16:00