“Neftçi” – “Sabah” matçını Əliyar Ağayev idarə edəcək
Premyer Liqada 6-cı turun təyinatları açıqlanıb. “Neftçi” – “Sabah” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Namiq Hüseynov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə Seymur Səlimli olacaq.
Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu oktyabrın 18-i saat 14:00-da “Bakcell Arena”da keçiriləcək.