“Neftçi-2” Zaqatalada məğlub oldu

16 oktyabr 2020, 17:10

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Komandamız 2-ci turda “Zaqatala”nın qonağı olub. Əvəzedicilər Zaqatala şəhər stadionunda baş tutan görüşdə 1:4 hesabı ilə məğlub olublar. “Ağ-qaralar”ın qolunu 3-cü dəqiqədə İbrahim Qədirzadə vurub.

Qeyd edək ki, “Neftçi-2” 2 oyundan 3 xal toplayıb.