![](https://neftchi.az/uploads/news/img-9028jpg-2020-12-27-162905.jpg)
“Neftçi-2” mövsümə qələbə ilə başladı
“Neftçi-2” I Divizionda mövsümə uğurlu start verib. Komandamız 1-ci turda “Sabah-2”ni 1:0 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən oyunda qələbə qolunu 6-cı dəqiqədə Emin Zamanov vurub.
Qeyd edək ki, “Sabah-2”nin futbolçusu Abbas Ağazadəyə 58-ci dəqiqədə qırmızı vərəqə göstərildiyi üçün rəqib mübarizəni azlıqda davam etdirib.