“Neftçi” PFK ilə “Türk Hava Yolları” arasında əməkdaşlıq müqaviləsinin müddəti artırılıb
“Neftçi” Peşəkar Futbol Klubu ilə “Türk Hava Yolları” arasında brend əməkdaşlıq müqaviləsi davam etdiriləcək. 2 ildir komandamıza dəstək verən aviaşirkət bundan sonra da “Neftçi”nin yanında olacaq. İmzalanmış yeni müqavilə 2021-ci ilin avqust ayına qədər qüvvədə olacaq.
Razılaşmaya əsasən, “Türk Hava Yolları” “Neftçi”nin titul sponsoru olmağa davam edəcək. Əsas və əvəzedici komandaların oyun və məşq formalarının üzərində yenə də şirkətin loqosu öz əksini tapacaq. Komandaya məxsus təlim-məşq bazası “Türk Hava Yolları Futbol Mərkəzi” adını daşıyacaq. Bundan əlavə, kluba məxsus “Neftçi TV” və sosial şəbəkələrdə, o cümlədən bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında qardaş ölkənin aviaşirkətinin loqosu yerləşdiriləcək.
Qeyd edək ki, 1933-ci ildə yaradılmış, həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür. Bütün dünyada 304 (255 beynəlxalq və 49 daxili) istiqamət üzrə uçuşlar yerinə yetirən və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4 ulduzlu aviaşirkət Avropanın ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb. İspaniyanın “Barselona”, İngiltərənin “Mançester Yunayted”, Almaniyanın “Borussiya” (Dortmund), Ukraynanın “Şaxtyor” (Donetsk) kimi məşhur klublarına sponsorluq etmiş şirkət hazırda Türkiyənin 4 böyük klubu – “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça” və “Trabzonspor”la da əməkdaşlıq edir. 2018-ci ildən Azərbaycan futbolunun flaqmanı “Neftçi” PFK-ya maddi və mənəvi cəhətdən öz dəstəyini verir.
Tövsiyə olunur
-
Doğum gününüz mübarək, cənab Prezident!
Klub 24 dekabr 2024, 00:00 -
Ümummilli Lider Heydər Əliyevin anım günüdür
Klub 12 dekabr 2024, 00:00 -
“Neftçi” PFK “MatchWornShirt” ilə əməkdaşlığa başlayır!
Klub 6 dekabr 2024, 18:49 -
Olimpiya çempionu Hidayət Heydərov “Neftçi” Futbol Mərkəzində
Klub 29 noyabr 2024, 16:38