“Qəbələ” ilə matçı Rəhim Həsənov idarə edəcək

25 sentyabr 2020, 11:30

Premyer Liqada 4-cü turun təyinatları açıqlanıb. “Neftçi” – “Qəbələ” oyununun baş hakimi Rəhim Həsənov olacaq. Ona Namiq Hüseynov və Eyyub İbrahimov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi isə Aslan Şahgəldiyev olacaq.

Qeyd edək ki, sentyabrın 27-si “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 19:00-da başlanacaq.