"Neftçi-2" ilk yoxlama oyununda qalib gəldi

15 yanvar 2020, 15:00

"Neftçi-2” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Əvəzedicilər "Qaradağ Lökbatan”la qarşılaşıblar. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutmuş görüşdə "ağ-qaralar” 3:2 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Dario Frederiko, Əlibəy Məmmədli və Ülvi İbrahimov vurublar.

Qeyd edək ki, "Neftçi-2” toplanış çərçivəsində növbəti sınaq matçını sabah MOİK-ə qarşı keçirəcək. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək oyun saat 13:00-da başlanacaq.