Daha 4 futbolçumuz milli komandada

24 sentyabr 2020, 10:30

“Neftçi” PFK-nın 4 üzvü 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Fərid Yusifli, Mirəli Əhmədov, Ziya Məmmədli və Rza Cəfərov sentyabrın 30-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.

Toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçiblər.

Qeyd edək ki, bundan əvvəl “Neftçi”nin 4 futbolçusu – Fariz Xeyrullayev, Rüfət Abbasov, Ağadadaş Salyanski və Elcan Əbilov U-17 milli komandasına çağırılmışdı.