“Qarabağ”la oyunu Əliyar Ağayev idarə edəcək
Premyer Liqada 3-cü turun təyinatları açıqlanıb. “Qarabağ” – “Neftçi” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək. Hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi isə Ramiz Mustafayev olacaq.
Qeyd edək ki, sentyabrın 20-si “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 20:15-də başlanacaq.